SON DƏQİQƏ

naxcivanxeberleri.com

FHN-in karate komandasının üzvləri Dünya çempionatında uğur qazanıb-FOTO

FHN-in karate komandasının üzvləri Dünya çempionatında uğur qazanıb-FOTO
21-09-2022, 10:01

9-11 sentyabr 2022-ci il tarixlərində Çexiya Respublikasının Pardubitse şəhərində Dünya Şotokan Karate Federasiyasının təşkilatçılığı ilə karate idman növü üzrə 12-ci Dünya çempionatı keçirilib.

NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, turnirdə 45 ölkədən 800 idmançı mübarizə aparıb. Çempionatda Azərbaycanın karate üzrə milli yığma komandasının və FHN-in İdman-sağlamlıq klubunun karate komandasının üzvləri Astan Qasımov, Elnur Əliyev, Ülvi Məmmədov və Xəyal Məmmədov kişilər arasında şəxsi kumite və komanda kumite yarışların da iştirak edərək yüksək nailiyyətlər qazanıblar.

Belə ki, 18-21 yaş kateqoriyası üzrə gənclər arasında şəxsi kumite yarışlarında +84 kq çəki dərəcəsində Astan Qasımov, böyüklər arasında 21 yaşdanyuxarıkateqoriyadaşəxsikumiteyarışlarında  +84 kq çəki dərəcəsində Ülvi Məmmədov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxmağı bacarıblar.

Komandanın digər üzvü 21 yaşdan yuxarı böyüklər arasında şəxsi kumite yarışlarında +75 kq çəki dərəcəsində Elnur Əliyev yarışın bürünc medalına layiq görülüb. Bundan əlavə, komanda kumite yarışlarında öz qüvvələrini sınayan karateçilərimiz Ülvi Məmmədov, Elnur Əliyev yarışın gümüş, Xəya lMəmmədov isə bürünc medalının sahibi olublar.

Karateçilərin ilk məşqçisi, əməkdar məşqçi və 6-cı dan qara kəmər sahibi Rafael Məmmədov, hazır ki şəxsi məşqçisi isə əməkdar idman ustası, əməkdar məşqçi, ikiqat Dünya çempionu, 8-ci dan qara kəmər sahibi, Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayevdir.

20 sentyabr 2022-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev ənənəvi olaraq keçirilən məşq prosesi zamanı Dünya çempionatında uğur qazanmış karateçilər ilə görüşərək onları təbrik edib və növbəti yarışlarda uğurlar arzulayıb.

 

 

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Eylül 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930