SON DƏQİQƏ

naxcivanxeberleri.com

3x3 basketbol üzrə ilk muxtar respublika birinciliyi-FOTO

3x3 basketbol üzrə ilk muxtar respublika birinciliyi-FOTO
17-09-2022, 20:00

Gənclərdən ibarət komandalar arasında muxtar respublika birinciliyi keçirilib. Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, YAP Naxçıvan Muxtar Respublika Təşkilatının Gənclər Birliyi və Basketbol Federasiyası tərəfindən birgə təşkil olunan yarışa 8 komanda qatılıb. Naxçıvan şəhərindəki "Gənclər şəhərciyi" yaşayış kompleksinin basketbol meydançasında reallaşan oyunlardan sonra qalibin adına aydınlıq gəlib. Komandalar pley-of əsasında mübarizə aparıblar. 
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, nəticələrə əsasən "Ordubad" komandası ilk muxtar respublika birincisi olub. "Lokomotiv" ikinci, "Zəfər" isə üçüncü olub. İlk üçlükdəki komandalara diplom və hədiyyələr təqdim edilib. 
Qeyd edək ki, yarış gənclərin asudə vaxtını səmərəli keçirmək, idmana olan marağını yüksəltmək, basketbol, həmçinin 3x3 növündə kütləvilik yaratmaq məqsədilə təşkil olunub.
 

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Eylül 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930