SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda voleybol üzrə turnirə start verilib

Naxçıvanda voleybol üzrə turnirə  start verilib
29-05-2019, 11:45

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə bu gün Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə İlham Əliyev adına Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Heydər Əliyev Kuboku” uğrunda voleybol üzrə Naxçıvan Muxtar Respublika turnirinə start verilib. Naxçıvan, Culfa, Şərur, Sədərək və Azərbaycanın gənclərdən ibarət yığma komandasının mübarizə apardığı turnir olimpiya sistemi üzrə keçirilir. 2 gün davam edəcək turnirdə ümumilikdə 60-a yaxın gənc iştirak edir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Ağustos 2022    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031