19:15 - Vüqar Rəhimzadə: Laçının işğalı AXC-Müsavat mənfur cütlüyünün növbəti çirkin xəyanəti idi
19:05 - Ermənistan parlamentində dava-dalaş salan deputat saxlanılıb
18:55 - Ermənistan parlamentində deputatlar arasında dava düşüb
18:45 - BMT QAK Azərbaycana yeni nümayəndə təyin edib
18:30 - Baş Prokurorluğun nümayəndəsi Strasburqda iclasda iştirak edib
18:20 - Polis Akademiyasında soyqırımı qurbanları anılıb-VİDEO
18:10 - Pakistanlı ekspert: “31 Mart azərbaycanlılar üçün faciəvi gündür”
18:05 - Şərurda tibbi aksiya keçirilib-FOTO
18:00 - Azərbaycan XİN: "Fransanın rəsmi qurumları təxribatçı fəaliyyətə son qoymalıdır"
17:55 - Sergey Lavrovun müavini Polad Bülbüloğlu ilə görüşüb
17:40 - 31 mart soyqırımı ilə əlaqədar silsilə anım tədbirləri keçirilib-FOTO
İlham Zəkiyev səkkizinci dəfə Avropa çempionu olub
Azərbaycanın paracüdo üzrə milli komandasının üzvü İlham Zəkiyev (+90 kq, J1) İtaliyanın Kalyari şəhərində keçirilən Avropa çempionatının qalibi olub.
NAXCİVANXEBERLERİ.COM-un xəbərinə görə, o bütün rəqiblərinə qalib gələrək çempionatın qızıl medalını qazanıb. Bununla da 42 yaşlı ikiqat Olimpiya və ikiqat dünya çempionu İlham Zəkiyev 8-ci dəfə Avropanın ən güclüsü olub.
Azərbaycan millisinin digər üzvləri Zakir Mislimov (90 kq, J1), Xatirə İsmiyeva (+70 kq, J1) və Dürsədəf Kərimova (+70 kq, J2) isə bürünc medala sahib olublar.
Qeyd edək ki, sentyabrın 2-si Namiq Abbaslı və İsmayıl Muradov bürünc medal qazanmışdı. Beləliklə, Azərbaycan millisi 1 qızıl və 5 bürünc olmaqla ümumilikdə 6 medalla Avropa çempionatını tamamlayıb.