SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Araz-Naxçıvan”dan növbəti qələbə

“Araz-Naxçıvan”dan növbəti qələbə
31-08-2022, 20:17

Futbol üzrə Azərbaycan I Divizionunda 2-ci turun oyunları keçirilib. Bu turda “Araz-Naxçıvan” “İmişli” Futbol Klubunun qonağı olub. Saatlı Olimpiya İdman Kompleksinin stadionunda keçirilən oyunu Cavid Cəlilov, Kərim Zeynalov, Şirmamed Mamedov və Elvin Bayramovdan ibarət hakimlər briqadası idarə edib.
Oyunun ilk hissəsində rəqib qapısı önündə təhlükəli vəziyyətlər yaradan “qırmızı-ağlar” 20-ci dəqiqədə hesabı açıblar. Cərimə zərbəsində edilən asmanı Emil Bayramov başla qapıdan keçirib – 0:1. Qoldan sonra bir neçə epizodda Naxçıvan təmsilçisinin heyətində Orxan Əliyev, Bayraməli Qurbanov hesabı artırmağa yaxın olsalar da, qapıçının sayıqlığı buna imkan verməyib. İlk hissənin son dəqiqələrində “İmişli” komandası “status-kvo”nu bərpa etməyə yaxın olub. Lakin qapıçımız Vüsal Şabanov rəqib hücumçunun hesabı bərabərləşdirməsinə imkan verməyib.
İkinci hissənin əvvəlində oyunun gedişatını ələ alan “Araz-Naxçıvan” 57-ci dəqiqədə hesab arasındakı fərqi artırıb. Orxan Əliyev çoxgedişli kombinasiyanı məntiqi sonluqla başa vurub – 2:0. 2 dəqiqə sonra azarkeşlər daha bir qola şahidlik ediblər. Fərid Kərimzadə mükəmməl cərimə zərbəsi ilə hesabı 3:0 edib. Bu həm də oyunda vurulan sonuncu qol olub.
Ardıcıl iki qələbədən sonra hazırda “Araz-Naxçıvan” turnir cədvəlinə liderlik edir.

Ceyhun MƏMMƏDOV

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Mart 2023    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031