SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Shusha Chess 2022” turnirinin iştirakçıları açıqlanıb

“Shusha Chess 2022” turnirinin iştirakçıları açıqlanıb
31-08-2022, 23:00

NAXCİVANXEBERLERİ.COM-un verdiyi məlumata əsasən, Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası və Şuşa Şəhəri Dövlət Qoruğunun birgə təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçiriləcək ilk beynəlxalq şahmat turnirinin iştirakçıları təsdiqlənib.

Görkəmli şairə və xeyriyyəçi Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr olunan “Shusha Chess 2022” beynəlxalq şahmat turniri iki kateqoriyada – kişilər və qadınlar arasında keçiriləcək. Hər kateqoriya üzrə 10 şahmatçı rapid və blits üzrə mübarizə aparacaq.

Kişi şahmatçıların yarışında Azərbaycan milli komandasının üzvləri – üçqat Avropa çempionları Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Qədir Hüseynov, Rauf Məmmədov və 18 yaşa qədər şahmatçılar arasında Avropa çempionu Vasif Durarbəyli, o cümlədən Asiya çempionu Hao Vanq (Çin), 20 yaşa qədər şahmatçılar arasında dünya çempionu Santoş Qucrati Vidit (Hindistan), gənclər arasında dünya çempionatının qalibi Parham Maqsudlu (İran), FIDE dünya çempionu Rüstəm Qasımcanov (Özbəkistan) və Türkiyə çempionu, 2021-ci ildə Türkiyənin ən yaxşı şahmatçısı seçilən Mustafa Yılmaz iştirak edəcək.

Qadınların yarışında milli komandanın üzvləri – Avropa çempionatının mükafatçıları Günay Məmməzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva, eyni zamanda Ümumdünya Şahmat Olimpiadasının qalibi, Avropa çempionu Nana Dzaqnidze (Gürcüstan), yeniyetmələr arasında dünya və Avropa çempionu, ölkəsinin ən reytinqli qadın şahmatçısı Marsel Efroimski (İsrail), 18 yaşlılar arasında dünya çempionu Jolanta Zavadska (Polşa), yeniyetmələr arasında dünya və Avropa çempionu Nurgül Səlimova (Bolqarıstan), Türkiyə çempionu Kübra Öztürk Güvənli (Türkiyə) mübarizə aparacaq.

Qeyd edək ki, “Shusha Chess 2022” beynəlxalq şahmat turniri 21-24 sentyabr tarixlərində keçiriləcək

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Aralık 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031