SON DƏQİQƏ

naxcivanxeberleri.com

Sağlamlıq imkanları məhdud şəxslər arasında armrestlinq üzrə muxtar respublika birinciliyi keçirilib

Sağlamlıq imkanları məhdud şəxslər arasında armrestlinq üzrə muxtar respublika birinciliyi keçirilib
16-08-2022, 19:58

Sağlamlıq imkanları məhdud şəxslər arasında armrestlinq (qol güləşi) üzrə muxtar respublika birinciliyi keçirilib

 

Gənclər və İdman Nazirliyi və Naxçıvan Paralimpiya Federasiyasının birgə təşkilatçılığı ilə İlham Əliyev adına Olimpiya İdman Kompleksində reallaşan birinciliyə 17 paralimpiyaçı qatılıb.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Olimpiya sistemi üzrə qaliblərin bəlli olduğu yarışda iştirakçılar 75-, 75+ kq çəki dərəcələrində mübarizə aparıblar.

Mükafatlandırma mərasimindən öncə çıxış edən gənclər və idman naziri Ramil Hacı və federasiya sədri Nicat Babayev paralimpiyaçıları salamlayaraq qalibləri təbrik edib, iştirakçılara uğurlar arzulayıblar. Qeyd olunub ki, muxtar respublikada sağlamlıq imkanları məhdud şəxslərin idmana cəlbi, asudə vaxtlarının səmərəli təşkili, o cümlədən onların reabilitasiyası istiqamətində müvafiq addımlar atılır, bu kateqoriyadan olan şəxslərə davamlı olaraq dövlət dəstəyi göstərilir. Yarışa Vətən müharibəsi iştirakçıların qatılması sevindirici hal kimi qiymətləndirilib, onlara idman karyeralarında uğur arzulanılıb. Sağlamlıq imkanları məhdud şəxslərə və idmanın inkişafına göstərdiyi dəstəyə görə Ali Məclis Sədrinə minnətdarlıq ifadə olunub.

Çıxışların ardınca yarışı uğurla tamamlayan iştirakçılara diplom və hədiyyələr təqdim edilib, həmçinin həvəsləndirici yer sahibləri də mükafatlandırılıblar.  Mükafatları gənclər və idman naziri Ramil Hacı və federasiya sədri Nicat Babayev təqdim ediblər.

Nəticələrə gəlincə, 75 kq-dan aşağı çəki dərəcəsində Sərdar Həsənov qalib olub. Habil Behbudov ikinci, Turan Hüseynov isə üçüncü yerə sahib çıxıb. 75 kq-dan yuxarı çəki dərəcəsinin final görüşü Vətən müharibəsi iştirakçıları Əli Bayramovla  Nicat Süleymanov arasında reallaşıb. Ə.Bayramov bu görüşdən qalib ayrılaraq birinci, N.Süleymanov isə ikinci olub. İlk üçlüyü İlqar Mərdanlı tamamlayıb.

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Eylül 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930