SON DƏQİQƏ

naxcivanxeberleri.com

"Goal+" tərəfindən keçirilən “Yay festivalı" başa çatıb-FOTO

"Goal+" tərəfindən keçirilən “Yay festivalı" başa çatıb-FOTO
16-08-2022, 14:33

NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, "Goal+"ın təşkilatçılığı, AFFA və digər özəl şirkətlərin dəstəyi ilə 9 iyul - 15 Avqust tarixlərini əhatə edən “Yay Festivalı”nın Bakı Su İdman Sarayında bağlanış mərasimi keçirilib.
500 dən çox gəncin iştirakı ilə keçirilən layihə çərçivəsində 35 gün ərzində iki yaş kateqoriyası üzrə futbol turnirləri, çimərlik voleybolu, basketbol və e-sport yarışları keçirilib. Layihənin əsas məqsədi sağlam həyat tərzinin təbliği və məktəblilər arasında idman növlərinə olan marağın artırılması ilə yanaşı, Azərbaycan gənclərinin asudə vaxtlarını səmərəli keçirə biləcəkləri və idman ilə məşğul ola biləcəkləri əyləncə platforması yaratmaqdır.
Bağlanış mərasimi U-16 və U-20 futbol turnirlərinin qaliblərinin mükafatlandırma mərasimi ilə sonlandırılıb. Qaliblərə pul və digər qiymətli hədiyyələr təqdim olunub.

 

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Eylül 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930