SON DƏQİQƏ

naxcivanxeberleri.com

"Arsenal" futbol komandası Bakıya gəlib

26-05-2019, 10:10

UEFA Avropa Liqasının final matçında "Çelsi" ilə qarşılaşacaq İngiltərənin "Arsenal" komandası Bakıya gəlib.

NAXCİVANXEBERLERİ.COM-un "topçular"ın rəsmi saytına istinadən verdiyi məlumata görə, heyətdə 24 futbolçu yer alıb:

Petr Çex, Bernd Leno, Deyan İliyev, Pyer-Emerik Obameyanq, Məhəmməd Elneni, Matteo Günduzi, Alex İvobi, Karl Cenkinson, Sead Kolaşinats, Loran Koselni, Aleksandr Lyakazet, Stephan Liştştayner, Ensli Metlend-Naylz, Naço Monreal, Şkodran Mustafi, Eddi Nketia, Məsut Özil, Sokratis Papastatopulos, Lukas Torreyra, Co Uillok, Qranit Caka, Denni Uelbek, Bukayo Saka, Xavyer Amaeçi.

"Arsenal"ı Bakıda "Natiq" ritm qrupu və bir qrup azarkeş qarşılayıb. Daha sonra komanda üzvləri otelə yollanıblar.

"Arsenal" "Çelsi" ilə mayın 29-da Bakı Olimpiya Stadionunda üz-üzə gələcək. Matç saat 23:00-da başlayacaq.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2019    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930