SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan karateçiləri İslamiadaya yollanıb

Azərbaycan karateçiləri İslamiadaya yollanıb
14-08-2022, 10:56

Karate üzrə Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarına yollanıb.

Federasiyadan NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, kişilər arasında kumite yarışlarında Əminağa Quliyev (60 kq), Tural Ağalarzadə (67 kq), Fərid Ağayev (5 kq), Pənah Abdullayev (84 kq), Asiman Qurbanlı (+84 kq), qadınlarda İnci Əzizova (50 kq), Mədinə Sadiqova (55 kq), Ayla Rzazadə (61 kq), İrina Zaretska (68 kq) və Fəridə Əliyeva (+68 kq) çıxış edəcək.

Kata üzrə fərdi yarışlarda Roman Heydərov və Zəhra Qurbanzadə, komanda çıxışlarında İsmayıl Quliyev, Tural Balcanlı və Rövşən Əliyev qüvvəsini sınayacaq.

Beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov karate yarışlarını idarə edəcək. Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov idmançılarla bir yerdə olacaq.

Qeyd edək ki, İslamiadaya avqustun 18-də yekun vurulacaq.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Eylül 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930