SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan cüdoçusu Çin Qran Prisinin qalibi olub (FOTO)

Azərbaycan cüdoçusu Çin Qran Prisinin qalibi olub (FOTO)
25-05-2019, 21:30

Azərbaycan cüdoçusu Hidayət Heydərov Çində keçirilən Qran Prinin qalibi olub.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, 73 kq çəki dərəcəsində mübarizə aparan 22 yaşlı idmançı bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

O, Yunanıstan, Rusiya, Kanada və İsveç təmsilçilərinin ardından həlledici görüşdə Birləşmiş Ərəb Əmirliklərinin Moldova əsilli cüdoçusu Viktor Skvortsovla qarşılaşıb. Rəqibinə ipponla qalib gələn Heydərov Bakıda keçirilmiş Böyük Dəbilqədən iki həftə sonra daha bir nüfuzlu yarışın baş mükafatını qazanıb.

Qeyd edək ki, Çində 43 ölkədən 298 cüdoçu mübarizə aparır. Azərbaycan beynəlxalq turnirdə 6 tatami ustası ilə təmsil olunur.


Azərbaycan cüdoçusu Çin Qran Prisinin qalibi olub (FOTO)

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2019    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930