SON DƏQİQƏ

naxcivanxeberleri.com

Aerobika gimnastikası üzrə Avropa Çempionatında qarışıq cütlüklər arasında finalçılar məlum olub

Aerobika gimnastikası üzrə Avropa Çempionatında qarışıq cütlüklər arasında finalçılar məlum olub
25-05-2019, 18:34

Bakıda Milli Gimnastika Arenasında keçirilən aerobika gimnastikası üzrə 11-ci Avropa Çempionatında qarışıq cütlük şəklində çıxış edən böyük gimnastlar arasında finalçılar məlum olub.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, finala Macarıstandan bir qarışıq cütlük (22.050 bal), Rusiyadan iki cütlük (21.950 bal və 21.050 bal), Ruməniyadan iki cütlük (21.650 bal və 20.800 bal), Türkiyədən iki cütlük (21.500 bal və 21.200 bal), Bolqarıstandan bir cütlük (21.150 bal) çıxıblar.

Azərbaycanı İmran İmranov və Mədinə Mustafayeva təmsil ediblər. Onlar 19.000 bal toplayaraq 17-ci yerdə qərarlaşıblar.

Qeyd edək ki, 24-26 may tarixlərində Bakıda Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatı keçirilir.

Yarışlarda 22 ölkədən olan 400-ə yaxın böyük və gənc gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans, aero step (yalnız böyüklər) proqramında yarışacaqlar. Qaydalara əsasən, bir iştirakçı bu kateqoriyaların maksimum üçündə çıxış edə biləcək. Komanda hesabında qaliblər isə 5 ən yaxşı çıxışa görə müəyyən ediləcək.

Yarışların sonuncu günündə isə final mərhələlərində Avropa çempionları müəyyənləşəcək.

Xatırladaq ki, yarışın birinci günündə gənc gimnastlar mübarizə aparıblar. Azərbaycan gimnastları Aysel Aslanzadə, Xədicə Quliyeva, Lalə Quliyeva, Fatimə Qurbanova, Emiliya Mahmudova və Eleonora Yusifova aero-dans proqramı üzrə finala vəsiqə qazanıb.

Azərbaycan çempionatda 17 gimnastla çıxış edir.(Trend

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2019    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930