SON DƏQİQƏ

naxcivanxeberleri.com

İdmançılarımızdan uğurlu nəticələr-FOTO

İdmançılarımızdan uğurlu nəticələr-FOTO
11-08-2022, 14:44

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, Abşeron Olimpiya İdman Kompleksində uşu üzrə Bakı açıq çempionatı keçirilib. Uşu Federasiyası və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən yarışda 10-dan çox komandadan 130-a qədər idmançı iştirak edib.

Naxçıvan Kikboksinq Federasiyasının idmançıları da medallar uğrunda mübarizə aparıblar. Belə ki, məşqçi Kaməddin Rzayevin rəhbərliyi ilə yarışa 2 idmançımız qatılıb və uğurlu nəticəyə nail olublar. Əli Nəsrullayev öz yaş qrupu üzrə (2008-2009) 33 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək fəxri kürsünün zirvəsinə yüksəlib. Fərişad Süleymanov isə  (2006-2007)52 kq çəki dərəcəsi üzrə ikinci olub. Uğurlu nəticə əldə edən idmançılar diplom və medalla təltif ediliblər.

Məlumat üçün bildirək ki, uşu idman növü Gənclərin Yay Olimpiya Oyunlarının proqramına daxil edilib.

 

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Eylül 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930