SON DƏQİQƏ

naxcivanxeberleri.com

Aerobika gimnastikası üzrə Avropa Çempionatında üçlük şəklində çıxış edən böyük gimnastlar arasında finalçılar məlum olub

Aerobika gimnastikası üzrə Avropa Çempionatında üçlük şəklində çıxış edən böyük gimnastlar arasında finalçılar məlum olub
25-05-2019, 16:56

Bakıda Milli Gimnastika Arenasında keçirilən aerobika gimnastikası üzrə 11-ci Avropa Çempionatında üçlük şəklində çıxış edən böyük gimnastlar arasında finalçılar məlum olub.

Finala Macarıstan (22.361), Rusiyadan iki üçlük (22.066 və 21.633), Rumıniyadan iki üçlük (21.952 və 21.322), eləcə də Türkiyə (21.261), İtaliya (21.200), Finlandiya (20.577) çıxıb.

Azərbaycanlı gimnastlar Vladimir Dolmatov, Emil Quliyev və Elçin Məmmədov finala çıxa bilməyib. Onlar 19.150 balla 11-ci yerdə qərarlaşıblar.

Qeyd edək ki, 24-26 may tarixlərində Bakıda Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatı keçirilir.

Yarışlarda 22 ölkədən olan 400-ə yaxın böyük və gənc gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans, aero step (yalnız böyüklər) proqramında yarışacaqlar. Qaydalara əsasən, bir iştirakçı bu kateqoriyaların maksimum üçündə çıxış edə biləcək. Komanda hesabında qaliblər isə 5 ən yaxşı çıxışa görə müəyyən ediləcək.

Yarışların sonuncu günündə isə final mərhələlərində Avropa çempionları müəyyənləşəcək.

Xatırladaq ki, yarışın birinci günündə gənc gimnastlar mübarizə aparıblar. Azərbaycan gimnastları Aysel Aslanzadə, Xədicə Quliyeva, Lalə Quliyeva, Fatimə Qurbanova, Emiliya Mahmudova və Eleonora Yusifova aero-dans proqramı üzrə finala vəsiqə qazanıb.

Azərbaycan çempionatda 17 gimnastla çıxış edir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2019    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930