SON DƏQİQƏ

naxcivanxeberleri.com

Gənclər arasında üzgüçülük yarışı keçirilib 

Gənclər arasında üzgüçülük yarışı keçirilib 
10-08-2022, 20:02

Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və YAP Naxçıvan Muxtar Respublika Təşkilatının Gənclər Birliyinin birgə tədbirlər planına uyğun olaraq Beynəlxalq Gənclər Gününə həsr olunmuş daha bir idman birinciliyi keçirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Naxçıvan Şəhər Üzgüçülük Mərkəzində reallaşan yarış üzgüçülüyün sərbəst üsulu üzrə 25 metr məsafəni əhatə edib. Birincilikdə 2006-2008-ci il təvəllüdlü 20 idmançı iştirak edib. Nəticələrə əsasən Camir Məmmədov birinciliyin qalibi olub. Anar Həsənov ikinciliyə nail olub. Elməddin Süleymanov ilə Elman Qəhrəmanlı üçüncülüklə kifayətləniblər.

Qeyd edək ki, birincilikdə ilk üç yeri tutan idmançılar 12 avqust tarixində Beynəlxalq Gənclər Günü ilə bağlı keçiriləcək yekun tədbirdə mükafatlandırılacaqlar.

 


Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Eylül 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930