SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bu gün V İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimi olacaq

Bu gün V İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimi olacaq
9-08-2022, 18:28

Bu gün Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimi olacaq.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, Bakı vaxtı ilə saat 21:00-da start götürəcək mərasim Konya Böyükşəhər Bələdiyyəsi Stadionunda keçiriləcək.

Mərasim çərçivəsində Livan əsilli isveçli müğənni Maher Zain konsert proqramı ilə çıxış edəcək. Eyni zamanda dron və işıq effektləri nümayiş olunacaq.

Açılış mərasimində ilk olaraq rəqqaslar V İslam Həmrəyliyi Oyunlarının loqosunu canlandıracaqlar. Oyunlar üçün xüsusi olaraq lalə formasında hazırlanmış loqo özündə 21 rəqəmini simvolizə edəcək. Loqoda eyni zamanda ərəb dilində “qardaş” sözünü bildirən “ أ خ” sözü də yer alıb.

Anadolunun gözəlliklərinin tərənnümündən sonra Türkiyənin dövlət himni səsləndiriləcək və iştirakçı ölkələrin paradı olacaq. İslam Həmrəyliyi İdman Federasiyasının (ISSF) bayrağı qaldırıldıqdan sonra idmançılar və hakimlər adından and içiləcək. İdmançıları paralimpiyaçı kamandan oxatan Öznur Cüre, hakimləri isə velosiped idman növü üzrə ədalət təmsilçisi Serkan Karademir təmsil edəcək.

Açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu, İslam Əməkdaşlığı Təşkilatının Baş katibi Hüseyin İbrahim Taha ve ISSF-in prezidenti Abdülaziz bin Türki el Faysal el-Suud çıxış edəcəklər.

Mərasimin keçiriləcəyi Böyükşəhər Bələdiyyəsi Stadionu 42 min tamaşaçı tutumuna malikdir. Mərasimi üç saat davam edəcək.

Yarışda 56 ölkədən 4 mindən artıq idmançı medallar uğrunda mübarizə aparır. Oyunlar zamanı 483 dəst medal sahibini tapacaq.

Beşinci İslam Həmrəyliyi Oyunları 2021-ci ilin sentyabrında keçirilməli idi. Daha sonra pandemiya ilə əlaqədar yarışa hazırlığın tam aparılması üçün oyunların 2022-ci ilə təxirə salınması məqsədəuyğun hesab olundu. İlk dəfə İslam Həmrəyliyi Oyunları Səudiyyə Ərəbistanında keçirilib. Dördüncü İslam Həmrəyliyi Oyunlarına isə Azərbaycan ev sahibliyi edib.

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Eylül 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930