SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda futbol üzrə “Heydər Əliyev kuboku” uğrunda turnir keçirilib-FOTO

Naxçıvanda futbol üzrə “Heydər Əliyev kuboku” uğrunda turnir keçirilib-FOTO
23-05-2019, 22:20

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş futbol üzrə “Heydər Əliyev kuboku” uğrunda turnir keçirilib. Mayın 20-də start götürən və dairəvi sistem üzrə keçirilən turnirdə “Araz-Naxçıvan”,“MOİK”, “Şüvəlan” və “Arpaçay” komandaları mübarizə aparıblar.

Naxçıvan Muxtar Respubilkası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublika Stadionunda “Şüvəlan” və “MOİK” arasında futbol üzrə “Heydər Əliyev kuboku”nun son turunun görüşü keçirilib.Yarışdan əvvəl Gənc Vətənpərvərlər İctimai Birliyinin könüllü gənclərinin iştirakı ilə flaşmob və idmançıların nümunəvi çıxışları olmuş, daha sonra Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının, eləcə də sevilən müğənni Əli Pormehrin ifasında konsert proqramı olub. Konsert proqramı bitdikdən sonra komandalar stadiyona daxil olmuş və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.Daha sonra oyuna start verilib. Gərgin idman mübarizəsi və dostluq şəraitində keçən oyun “Şüvəlan” komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb və komanda futbol üzrə “Heydər Əliyev kuboku” uğrunda keçirilən turnirin qalibi olub. “MOİK” komandası turnirdə ikinci yerə, “Araz-Naxçıvan” isə üçüncü yerə çıxıb.Oyundan sonra Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov turnirdə mübarizə aparan komandaların oyunçuları ilə görüşüb, onlara təşəkkürünü bildirib və komandalarla xatirə şəkli çəkdirib. Daha sonra mükafatlandırma mərasimi keçirilib. Əvvəlcə turnirdə oyunları idarə edən hakimlərə mükafatlar verilib, turnirin təşkilində xidmətlərinə görə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevə isə xatirə hədiyyəsi təqdim olunub. Oyunların nəticələrinə görə “Ən yaxşı gənc futbolçu”, “Ən məhsuldar futbolçu”, “Ən yaxşı qapıçı” və “Ən yaxşı futbolçu” nominasiyalarında mükafatlar verilib. Sonra ikinci və üçüncü yerin qalibi olan komandalara medallar təqdim edilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov, Azərbaycan Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının rəhbəri Səbuhi Şahverdiyev futbol üzrə “Heydər Əliyev kuboku” uğrunda keçirilən turnirin qalibi olan “Şüvəlan” komandasına qızıl medalları və kuboku təqdim edib. Bununla da Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş futbol üzrə “Heydər Əliyev kuboku” uğrunda turnir başa çatıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30