10:30 - Azərbaycan Prezidenti: "Biz artıq Cənub Qaz Dəhlizinin genişləndirilməsi haqqında danışırıq"
10:27 - Dövlət başçısı: "Enerji təhlükəsizliyi məsələləri hər ölkə üçün daha çox əhəmiyyət kəsb edir"
10:16 - “Sosiallıq Dairəsi” layihəsi çərçivəsində faəliyyətlərin icrasına başlanılıb-FOTO
10:07 - Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında çıxış edir-FOTO,CANLI
10:00 - Macarıstanın xarici işlər nazirinın Azərbaycana səfəri başlayıb-FOTO
09:52 - Xankəndi-Laçın yolunda sülhməramlılara məxsus üç avtomobilin maneəsiz hərəkətinə şərait yaradılıb
09:44 - Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (03.02.2023)
09:32 - Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (03.02.2023)
09:21 - Türkiyədə avtobus qəzaya uğrayıb, azərbaycanlı ağır yaralanıb-FOTO
09:12 - Xankəndi-Laçın yolundakı aksiyanın 54-cü günü: ekofəallar dəyişməz etirazlarını davam etdirir
09:00 - Muxtar respublikada ötən il 400-ə yaxın elektron imza sertifikatı verilib-FOTO
00:00 - Günün qoroskopu - 03.02.2023
23:42 - Ermənistan AES-in keçmiş baş direktoru bir milyon dollardan çox pulu mənimsəməkdə ittiham olunur
Naxçıvanda yeni şahmat dərslikləri işıq üzü görüb
Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə beynəlxalq usta Talıb Babayevin “Naxçıvan premium turniri”, “Debüt tələləri 333” və “Həvəskardan ustaya qədər” (II cild) kitablarının təqdimatı keçirilib.
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədr müavini Emin Hacıyev muxtar respublikada şahmatın kütləviliyinin təmin olunması istiqamətində görülən işlərin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, hər il federasiyanın dəstəyi ilə müxtəlif dərsliklər çap edilərək şahmatçıların istifadəsinə verilir. O diqqətə çatdırıb ki, təqdim edilən hər üç kitab beynəlxalq usta Talıb Babayevin müəllifliyi və tərcüməsi sayəsində ərsəyə gəlib, federasiyanın dəstəyi ilə çap edilib.
Təhsil nazirinin müavini Ovni Muradov çıxış edərək bildirib ki, muxtar respublikada şahmata dair dərsliklərin və metodiki vəsaitlərin işıq üzü görməsi şahmatı kütləvi şəkildə tədris və təbliğ etməyə geniş imkan yaradır, bununla da şahmatçılar daim uğurlu nəticələr əldə edirlər. Təsadüfi deyil ki, bu günə qədər Naxçıvan Şahmat Federasiyasının bir neçə yeniyetmə şahmatçısının adı Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na daxil edilib. Bunlardan sonuncusu isə Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin şagirdi Nazlı Hümbətovadır. O.Muradov qeyd edib ki, bütün bunlar muxtar respublikada şahmata və şahmatçılara olan diqqət və qayğının ifadəsidir. Naxçıvanda şahmatın kütləviliyinin təmin edilməsinin və bu sahədə əldə edilən uğurların nəticəsidir ki, muxtar respublikada müntəzəm olaraq şahmat yarışları keçirilir. Bu il isə növbəti şahmat yarışı - 16 yaşadək şahmatçılar arasında olimpiada keçiriləcək.
Tədbirdə Naxçıvan şəhər 16 nömrəli tam orta məktəbin şahmat müəllimi Fəridə Şükürova və Naxçıvan Qarnizonu məktəbinin şahmat müəllimi, federasiyanın məşqçisi Tural Zeynalov çıxış edərək yeni kitabların şahmatın tədrisinin keyfiyyətinin yüksəldilməsinə əsaslı təsir göstərəcəyini bildiriblər.
Sonda rayon şahmat məktəblərinin direktorlarına və müəllimlərə kitablar təqdim edilib.