18:28 - Bu gün V İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimi olacaq
17:52 - Tibetdə ilk dəfə koronavirusa yoluxma aşkarlanıb
17:32 - “Naxçıvan mətbuatı tarixdə və günümüzdə” adlı tədbir keçirilib-FOTO
17:26 - XİN başçısı Azərbaycanın Britaniyadakı səfirliyinə hücumu pisləyən ölkələrə təşəkkür edib
17:23 - Prezident İlham Əliyev Konyada Fələstinin Baş naziri ilə görüşüb
17:20 - Nazir: “Şuşa Bəyannaməsi gələcək nəsillər üçün də tarixin önəmli hissəsidir”
17:17 - Ceyhun Bayramov son gərginliyin səbəbini açıqlayıb
17:09 - Ceyhun Bayramov: "Ermənistan Zəngəzur dəhlizi ilə bağlı razılaşmanın icrasını ləngidir"
17:05 - XİN başçısı: "Azərbaycan üçtərəfli bəyanatın dördüncü bəndinin icra olunmasında israrlıdır"
17:01 - Ceyhun Bayramov: "Ermənistan istəsə də, istəmsə də Naxçıvanla əlaqələr qurulacaq"
16:55 - Binəli Yıldırım Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə üzv olub
16:44 - İlham Əliyev: "Əminəm ki, hər zaman olduğu kimi, Azərbaycanın idman bayrağı yüksəklərdə olacaq"
16:37 - İlham Əliyev: "Bakıdakı oyunlar İslam həmrəyliyinin güclənməsinə təkan verib"
16:33 - Azərbaycan lideri: "Bu oyunların Türkiyədə keçirilməsi bizim üçün əlavə imkanlar yaradır"
Hacı Əliyev Naxçıvanda güləşçilərə seminar keçib-FOTO
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, sərbəst güləş üzrə milli komandamızın liderlərindən olan üçqat dünya və Avropa çempionu, ikiqat olimpiya mükafatçısı və saysız uğurları ilə adından bəhs etdirən dünyaca tanınmış güləşçimiz Hacı Əliyev Naxçıvan güləşçiləri ilə görüşüb, onlarla öz təcrübəsini bölüşüb.
Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi və Naxçıvan Güləş Federasiyasının birgə təşkilatçılığı ilə İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən tədbirdə
nazirliyin şöbə müdiri Taleh İbrahimov və federasiyanın sədr müavini Faiq İsgəndərov Hacı Əliyev kimi dünya şöhrətli idmançının buraya gəlişi və gənc nəsil idmançılara seminar keçməsinin muxtar respublikada güləşin inkişafına töhfə olması ilə bağlı fikirlərini bölüşüb, idmançılara gələcək yarışlarda uğurlar arzu ediblər.
Naxçıvan güləş məktəbinin yetirməsi olduğunu xatırladan Hacı Əliyev deyib ki, muxtar respublikada idmana göstərilən qayğının nəticəsi olaraq bu gün yeni nəsil əvvəlkilərdən fərqli olaraq müasir və əlverişli şəraitdə məşqlər keçir, yüksək diqqətlə əhatə olunurlar. Bu vəziyyət güclü idmançıların yetişməsi, onların uğurlu karyera fəaliyyəti qurmasına böyük zəmin yaradır. Hacı Əliyev idmançılara səbirli, istəkli və əzmkar olmağı tövsiyə edib, böyük uğura gedən yolun keşməkeşli olmasını vurğulayıb. Onların arasında gələcəyin böyük idmançılarının olmasına inandığını bildirən titullu güləşçimiz dəvətə görə təşkilatçılara təşəkkür edib, idmançılara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Çıxışların ardınca seminara start verilib. Hacı Əliyev xalça üzərində simulyasiya xarakterli güləş görüşləri vasitəsilə bəzi çətin və çıxılmaz vəziyyətlər zamanı icra oluna biləcək ən uyğun fəndləri iştirakçılara nümayiş etdirib, idmançının yarışa hazırlığı və yarış zamanı diqqət göstərməli olduğu məsələlərlə bağlı fikirlərini diqqətə çatdırıb. O, eyni zamanda məşqçi və idmançıları maraqlandıran sualları da cavablandırıb.
Qeyd edək ki, görüşün təşkil olunmasında məqsəd idmançılarda özünəinam hissi formalaşdırmaq, onların yeni qaydalarla tanışlığı və təcrübə artımına zəmin yaratmaqdan ibarət olub.