SON DƏQİQƏ

naxcivanxeberleri.com

Pauerliftinqçimizdən uğurlu nəticə

Pauerliftinqçimizdən uğurlu nəticə
30-06-2022, 11:06

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, Bakı Su İdmanı Sarayının ərazisində güc idman növləri üzrə Avrasiya çempionatı keçirilib. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Beynəlxalq Güc İdman Növləri Birliyinin dəstəyi, Azərbaycan Stronqmen Federasiyasının təşkilatçılığı ilə keçirilən turnirdə Azərbaycan, Türkiyə, İran və Gürcüstandan 170-ə yaxın idmançı mübarizə aparıb. İdmançılar strikt karl, benç press və didlift hərəkətlərində müxtəlif çəki dərəcələri üzrə 55 dəst medal uğrunda güclərini sınayıblar.
Yarışda iştirak edən Naxçıvan idmançısı Əli Əsgərov benç press üzrə 90 kq çəki dərəcəsində mübarizə aparıb. Təmsilçimiz 195 kiloqramlıq çəkini ram edərək qızıl medal qazanıb. 
Məlumat üçün bildirək ki, Əli Əsgərov pauerliftinq üzrə dünya üçüncüsü, Azərbaycan çempionu, ölkə qran-prisinin qızıl medalçısı və digər nəticələri ilə uğurlu karyeraya malik idmançılarımızdandır. 

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Ağustos 2022    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031