SON DƏQİQƏ

naxcivanxeberleri.com

Açıq çempionat başa çatıb

Açıq çempionat başa çatıb
29-06-2022, 08:43

İlham Əliyev adına Olimpiya İdman Kompleksində Vətən müharibəsi şəhidi leytenant Nihat Seyidovun əziz xatirəsinə həsr olunmuş uşaq və yeniyetmələr arasında MMA qarışıq döyüş sənətləri üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilib.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, keçirilən açıq birincilikdə “Naxçıvan”, “Kəngərli”, “Levent” və “Turan” Döyüş klublarından, ümumilikdə, 80 idmançı iştirak edib. Birinciliyin yekun nəticəsinə əsasən 2008-2009-cu illər təvəllüdlü idmançılar arasında Nurəddin Əliyev (34 kiloqram, “Turan” Döyüş Klubu), Fərid Orucov (38 kiloqram, “Turan” Döyüş Klubu), Səid Abbaslı (42 kiloqram, “Turan” Döyüş Klubu), Oğuz Məmmədli (46 kiloqram, “Turan” Döyüş Klubu), Məhəmməd Məmmədov (50 kiloqram, Kəngərli) və Kənan Əhmədov (55 kiloqram, “Turan” Döyüş Klubu) qalib adını qazanıblar. 2010-2012-ci illər təvəllüdlü idmançılar arasında Onur Əliyev (30 kiloqram, “Turan” Döyüş Klubu), Əli Nəsrullayev (33 kiloqram, Kəngərli), Rəhim Quluzadə (36 kiloqram, “Turan” Döyüş Klubu), Nurəli Əsgərov (40 kiloqram, Kəngərli), Əbülfəz Cəfərov (44 kiloqram, “Turan” Döyüş Klubu), 2013-2014-cü illər təvəllüdlü idmançılar arasında isə Məhəmməd Qasımov (22 kiloqram, “Turan” Döyüş Klubu), Adəm Əsgərov (25 kiloqram, Kəngərli), Eldar Novruzov (28 kiloqram, “Turan” Döyüş Klubu) və Tunar Abdullayev (32 kiloqram, “Turan” Döyüş Klubu) hamıdan güclü olublar.
 Qalib idmançılar diplom və medalla təltif ediliblər.

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Ağustos 2022    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031