SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan güləşçiləri "Şuşa - 270" turnirində iştirak ediblər 

Naxçıvan güləşçiləri "Şuşa - 270" turnirində iştirak ediblər 
28-06-2022, 20:18

Abşeron Rayon Gənclər və İdman İdarəsi, “Motivator Azərbaycan” və “Aslanov” Güləş Akademiyasının birgə təşkilatçılığı ilə açıq birincilik keçirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,  Abşeron Olimpiya və İdman  Kompleksində reallşan yarışda Azərbaycanla yanaşı, Ukrayna, Qazaxıstan və İrandan ümumilikdə 307 idmançı iştirak edib.

Naxçıvan Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərovun rəhbərliyi ilə muxtar respublikamızı yarışda 1 məşqçi və 7 idmançı təmsil edib. Güləşçilərimizdən 3-ü mükafatçılar sırasına düşüb. Belə ki, Anar Həsənli (42 kq), Toğrul Axundlu (29 kq) və Ələkbər Əsgərli (26 kq) sərbəst güləşdə 3-cü olublar.

 


Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Ağustos 2022    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031