00:05 - Günün qoroskopu-04.07.2022
23:30 - “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsi başa çatdı
22:50 - Cəbrayıl Avropa çempionu oldu, Ramik bürünc medal qazandı
21:39 - Avstraliya Rusiyadan qızıl idxalına qadağa qoyacaq
20:09 - Naxçıvan şәhәrindә aparılan quruculuq işlәri sürәtlә davam etdirilir
19:36 - Naxçıvan göycәsindә yaşıl zoğların köklәndirilmәsi
18:21 - Cüdoçumuz açıq Avropa turnirinin qızıl medalını qazanıb
17:47 - Zeman Qərb ölkələrini Ukraynaya silah tədarükünə çağırıb
16:41 - Naxçıvan şәhәrindә vә onun kәndlәrindә taxıl biçininә başlanılıb
15:30 - Şoyqu Ukraynanın Luqansk vilayəti üzərində tam nəzarətin əldə olunduğunu elan edib
15:13 - Avstriyalı nazirlər Türkiyəyə səfər edəcək
14:04 - Azərbaycan gimnastı FIG kubokuna layiq görülüb
13:00 - Cənubi Koreyada koronavirusa 10 mindən çox yoluxma qeydə alınıb
12:23 - Bəzi şimal və qərb rayonlarında şimşək çaxıb, yağış yağıb
FHN-nin İdman-sağlamlıq klubunda görüş keçirilib-FOTO
Məlum olduğu kimi, 4-11 iyun 2022-ci il tarixlərində Slovakiyanın Koşitse şəhərində Minifutbol üzrə Avropa çempionatı keçirilib və Azərbaycan millisi yarışda uğurlu çıxış edərək ilk dəfə olaraq Avropa çempionu adını qazanıb.
Mərkəzin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsaəsn, minifutbol üzrə milli komandanın üzvlərindən biri də Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin giziri Asif Zeynalovdur.
Bundan əlavə, 10-12 iyun 2022-ci il tarixlərində Misirin paytaxtı Qahirə şəhərində Dünya Karate Federasiyasının təşkilatçılığı ilə karate idman növü üzrə böyüklər arasında Karate 1 “Series A” turniri keçirilib.
Turnirdə 70 ölkənin 870-ə yaxın idmançısı mübarizə aparıb. Yarışda Azərbaycanın karate üzrə milli komandasının və Fövqəladə Hallar Nazirliyinin karate komandasının üzvü, gənclər arasında Avropa çempionu Murad Hacızadə +84kq çəki dərəcəsində böyüklər arasında şəxsi kumite yarışlarında 6 döyüşün 5-də qalib gələrək yarışın gümüş medalının sahibi olub. Beləliklə, Murad Hacızadə öz çəkisində dünya üzrə karate reytinq sıralamasında ən yaxşı 100 idmançı sırasına daxil olaraq FHN-in karate komandasının üzvü kimi tarixə düşüb.
Karateçinin şəxsi məşqçisi 6-cı dan qara kəmər sahibi Rafael Məmmədov, komanda üzrə məşqçisi isə əməkdar idman ustası, əməkdar məşqçi, ikiqat Dünya çempionu, 8-ci dan qara kəmər sahibi, Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayevdir.
20 iyun 2022-ci il tarixində FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev Avropa çempionatında tarixi uğur qazanmış minifutbol üzrə milli komandanın üzvü, Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin rabitə manqasının texniki, gizir Asif Zeynalov və karate komandasının üzvü Murad Hacızadə ilə görüşərək qazandıqları nailiyyətlərə görə təbrik edib və gələcək yarışlarda uğurlar arzulayıb.