SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan karateçiləri Avropa çempionatında 5 medal qazanıblar

Azərbaycan karateçiləri Avropa çempionatında 5 medal qazanıblar
20-06-2022, 08:30

Çexiyanın paytaxtı Praqada karate üzrə yeniyetmə və gənclər arasında Avropa çempionatı başa çatıb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, Azərbaycanın yeniyetmə və gənclərdən ibarət seçmə komandası qitə yarışında 3 qızıl, 2 bürünc medal qazanıb.

Qızıl medalları komandanın aktivinə gənclər arasında Vahid Həsənov (+76 kq), Hüseyn Məmmədli (67 kq), yeniyetmələrin yarışında Əzim Rahib (+70 kq) yazdırıblar. Yeniyetmələr arasında mübarizə aparan komandanın digər üzvləri Aslan Dostuyev (57 kq), Fatimə Məmmədova (47 kq) isə qitə çempionatında üçüncü yerləri tutublar.

Qeyd edək ki, yarışa 48 ölkədən 1 064 idmançı qatılıb.

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Haziran 2022    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930