00:05 - Günün qoroskopu-04.07.2022
23:30 - “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsi başa çatdı
22:50 - Cəbrayıl Avropa çempionu oldu, Ramik bürünc medal qazandı
21:39 - Avstraliya Rusiyadan qızıl idxalına qadağa qoyacaq
20:09 - Naxçıvan şәhәrindә aparılan quruculuq işlәri sürәtlә davam etdirilir
19:36 - Naxçıvan göycәsindә yaşıl zoğların köklәndirilmәsi
18:21 - Cüdoçumuz açıq Avropa turnirinin qızıl medalını qazanıb
17:47 - Zeman Qərb ölkələrini Ukraynaya silah tədarükünə çağırıb
16:41 - Naxçıvan şәhәrindә vә onun kәndlәrindә taxıl biçininә başlanılıb
15:30 - Şoyqu Ukraynanın Luqansk vilayəti üzərində tam nəzarətin əldə olunduğunu elan edib
15:13 - Avstriyalı nazirlər Türkiyəyə səfər edəcək
14:04 - Azərbaycan gimnastı FIG kubokuna layiq görülüb
13:00 - Cənubi Koreyada koronavirusa 10 mindən çox yoluxma qeydə alınıb
12:23 - Bəzi şimal və qərb rayonlarında şimşək çaxıb, yağış yağıb
Beynəlxalq turnirdə ermənilərə qalib gələn boksçularımız finala vəsiqə qazanıb
Gürcüstanın Qori şəhərində Avropa və dünya çempionu Georgi Kandelakinin şərəfinə gənc boksçular arasında ənənəvi keçirilən beynəlxalq turnirdə yarımfinal döyüşləri başa çatıb. Finala gedən yolda Azərbaycan millisinin 10 boksçusu rinqə çıxıb.
NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, onlardan 7-si çıxışını qələbə ilə başa vuraraq həlledici döyüşə vəsiqə qazanıb. Boksçularımızdan Tural Sarıyevlə (51 kq) Rza Rzazadə (75 kq) yarımfinalda ermənistanlı rəqiblərini məğlub edib. Təmsilçilərimiz müvafiq olaraq Tumas Tomasyan və Alik Ovanisyana qalib gəlib.
Səbuhi Əlizadə (+92 kq) qazaxıstanlı Elnar Absadukovu məğlub edib. Millimizin digər üzvləri Kənan Babayev (48 kq), Amin Məmmədzadə (51 kq), Kamil Babayev (54 kq) və Taci Tağızadə (60 kq) isə gürcüstanlı boksçulardan üstün olub. Onlar müvafiq olaraq Bezhan Kobiaşvili, Oruc Əhmədov, Paata Mqebrişvili və Luka Xatiaşvili üzərində qələbə qazanıblar.
Yarımfinalda məğlub olan Sənan Hətəmov (71 kq), Aslan Mövsümov (86 kq) və Rəşid Məmmədov (92 kq) bürünc medalla kifayətləniblər.
Turnirdə final döyüşləri iyunun 19-da olacaq.
Qeyd edək ki, Avropa və dünya çempionu Georgi Kandelakinin şərəfinə keçirilən yarışa Gürcüstan, Azərbaycan, Qazaxıstan, Ukrayna və Ermənistanın 100-dək boksçusu qatılıb.