00:05 - Günün qoroskopu-04.07.2022
23:30 - “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsi başa çatdı
22:50 - Cəbrayıl Avropa çempionu oldu, Ramik bürünc medal qazandı
21:39 - Avstraliya Rusiyadan qızıl idxalına qadağa qoyacaq
20:09 - Naxçıvan şәhәrindә aparılan quruculuq işlәri sürәtlә davam etdirilir
19:36 - Naxçıvan göycәsindә yaşıl zoğların köklәndirilmәsi
18:21 - Cüdoçumuz açıq Avropa turnirinin qızıl medalını qazanıb
17:47 - Zeman Qərb ölkələrini Ukraynaya silah tədarükünə çağırıb
16:41 - Naxçıvan şәhәrindә vә onun kәndlәrindә taxıl biçininә başlanılıb
15:30 - Şoyqu Ukraynanın Luqansk vilayəti üzərində tam nəzarətin əldə olunduğunu elan edib
15:13 - Avstriyalı nazirlər Türkiyəyə səfər edəcək
14:04 - Azərbaycan gimnastı FIG kubokuna layiq görülüb
13:00 - Cənubi Koreyada koronavirusa 10 mindən çox yoluxma qeydə alınıb
12:23 - Bəzi şimal və qərb rayonlarında şimşək çaxıb, yağış yağıb
“Araz-Naxçıvan” klubu yeni məşqçilərlə müqavilə imzalayıb-FOTO
“Naxçıvan Saray” otelində “Araz-Naxçıvan” Peşəkar Futbol Klubunun yeni baş məşqçisi Azər Bağırovun və klubun futbol akademiyasının direktoru Adil Şükürovun təqdimatı olub.
NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, əvvəlcə “Araz-Naxçıvan”ın 55 illik yubileyində verdikləri dəstəyə görə bəzi dövlət qurumları xüsusi plaketlərlə təltif olunub. Mükafatları klubun idarə heyətinin üzvləri Hümbət Qəhrəmanov və Tural Hüseynəliyev təqdim ediblər.
Sonra çıxış edən Naxçıvan Futbol Federasiyasının sədr müavini Sakit Rzayev məşqçiləri qonaqlara təqdim edib, onlar barədə ətraflı məlumat verib.
Qarşıdakı mövsümdə Azərbaycanın Birinci Divizionunda mübarizə aparacaq “Araz-Naxçıvan” klubu yeni baş məşqçi Azər Bağırovla 3 illik müqavilə imzalayıb. Azər Bağırov növbəti mövsümdə Naxçıvan təmsilçisinin əsas məqsədinin çempionluq olduğunu vurğulayıb. “Araz-Naxçıvan”nın yeni baş məşqçisi qeyd edib ki, klubun qarşısında duran əsas vəzifələrdən biri də Naxçıvanda istedadlı gənc futbolçuları yetişdirmək, onları Azərbaycan futboluna bəxş etməkdir. O deyib: “Region Liqasında bunun bir daha şahidi olduq. Komandanın heyətində gənc və istedadlı futbolçular var. Onları lazımi qaydada hazırlamaq və oyun təcrübələrini artırmaq üçün klub tərəfindən uzunmüddətli plan hazırlanıb. Bu plan-proqramla tanış olduqdan sonra Naxçıvan təmsilçisi ilə razılaşdıq. Naxçıvan Futbol Federasiyasının və “Araz-Naxçıvan”nın qarşısına qoyduğu məqsəd böyükdür və bu, pilləli şəkildə həyata keçiriləcək”.
“Araz-Naxçıvan” futbol akademiyasının yeni direktoru Adil Şükürovla klub arasında da 3 illik müqavilə imzalanıb. Təqdimatda çıxış edən yeni direktor bildirib ki, Naxçıvan futbol ictimaiyyətinin, federasiyanın, eləcə də klubun dəstəyi ilə muxtar respublikada yeni uğurlara imza atacağıq. Məqsəd burada istedadlı uşaqları üzə çıxarmaq, onları futbolumuza qazandırmaqdır.
Tədbirin sonunda federasiyanın və klubun İdarə Heyətinin üzvləri fikirlərini bildirib, yeni məşqçilərə uğurlar arzulayıblar.
Sonra Azər Bağırov və Adil Şükürovun məşqçilərlə görüşü keçirilib, fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, hər iki məşqçi PRO kateqoriyalı məşqçidir.