SON DƏQİQƏ

naxcivanxeberleri.com

Şuşada beynəlxalq şahmat turniri keçiriləcək

Şuşada beynəlxalq şahmat turniri keçiriləcək
16-06-2022, 15:22

Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının (AŞF) birgə təşkilatçılığı ilə Şuşada şahmat üzrə beynəlxalq turnir keçiriləcək.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bu barədə AŞF prezidenti, Beynəxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov yerli qurumun mətbuat xidmətinə açıqlama verib.

O bildirib ki, Qarabağ xanlığının sonuncu varisi, görkəmli şairə və xeyriyyəçi Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunan beynəlxalq turnirin təşkilatı məsələləri üzərində işlərə başlanılıb. Təşkilati işlərdə Gənclər və İdman Nazirliyi ilə yanaşı, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi də yaxından iştirak edir.

M.Məmmədovun sözlərinə görə, qadın və kişi şahmatçılar arasında təşkil olunacaq turnir rapid və blits formatında olacaq. 21 - 24 sentyabrda keçiriləcək Şuşa turnirində Azərbaycanın və dünyanın məşhur şahmatçılarının iştirakı planlaşdırılır. Azərbaycan milli komandasının bütün üzvlərinə dəvət göndəriləcək.

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Aralık 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031