SON DƏQİQƏ

naxcivanxeberleri.com

UEFA Avropa Liqasının kuboku Cocuq Mərcanlıda nümayiş etdirilib

UEFA Avropa Liqasının kuboku Cocuq Mərcanlıda nümayiş etdirilib
21-05-2019, 16:30

UEFA Avropa Liqasının kuboku Cəbrayıl rayonunun 2016-cı ildə işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə gəlib.

NAXCİVANXEBERLERİ.COM-un xəbər verir ki, kuboku yaxından görərək onunla şəkil çəkdirmək istəyən kənd sakinləri və futbol azarkeşləri üçün “Qayıdış” parkında şəkil zonası, “Qarabağ” klubu və Azərbaycan millisinin üzvü Qara Qarayevlə avtoqraf sessiyası təşkil olunub.

Azyaşlı qonaqlar üçün face-art, animator və oyunlarla, futbol üzrə master-klass dərsləri ilə uşaq zonası təchiz edilib, digər əyləncələr təşkil olunub. Bayram ab-havasının yaradılması üçün tədbirdə ölkədə tanınan DJ AKG iştirak edib.

Qeyd edək ki, Avropa Liqası kubokunun turu Cenevrədən başlayaraq Sevilya, Berlin, London, Milan, Moskva, Parisi ziyarət edib və Azərbaycan paytaxtında başa çatıb. Baş mükafat mayın 18-də Bakıya gələrək növbəti gün qədim Gəncə şəhərinə yollanıb. Final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda İngiltərənin "Arsenal" və "Çelsi" komandaları arasında keçiriləcək.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930