SON DƏQİQƏ

naxcivanxeberleri.com

"Qalatasaray"ın sabiq baş məşqçisi İtaliya komandasına rəhbərlik edəcək

7-12-2018, 15:42

İtaliyanın "Cenoa" futbol komandasının yeni baş məşqçisi müəyyənləşib.

NAXCİVANXEBERLERİ.COM klubun rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, Siciliya təmsilçisi Çezare Prandelliyə tapşırılıb. 61 yaşlı mütəxəssis bu postda İvan Yuriçi əvəzləyib. Onunla imzalanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, "Cenoa" İtaliya A Seriyasında 14 turdan sonra 15 xalla 14-cü pillədə qərarlaşıb. Ç.Prandelli vaxtı ilə İtaliya yığmasının və Türkiyənin "Qalatasray" komandasının baş məşqçisi olub. O, son olaraq Birləşmiş Ərəb Əmirliklərinin "Əl Nəsr" klubunda çalışıb.

Seyfur Hacımuradov

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2019    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930