SON DƏQİQƏ

naxcivanxeberleri.com

FHN-in karate komandasının üzvü Avropa çempionatında uğur qazanıb-FOTO

FHN-in karate komandasının üzvü Avropa çempionatında uğur qazanıb-FOTO
27-05-2022, 11:14

Mərkəzin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, 20-22 may 2022-ci il tarixlərində Bolqarıstan Respublikasının Kranevo şəhərində Dünya Şotokan Karate Federasiyasının təşkilatçılığı ilə karate idman növü üzrə yeniyetmə, gənclər, böyüklər və masterlər arasında 12-ci Avropa çempionatı keçirilib.

Turnirdə 18 ölkənin 1200-dən çox idmançısı mübarizə aparıb. Çempionatda FHN-inİdman-sağlamlıq klubunun karate komandasının üzvü Xəyal Məmmədov -84 kq çəki dərəcəsindəki şilər arasında komanda kumite yarışlarında və şəxsi kata yarışlarda turnirin gümüş medalının sahibi olub.

Karateçinin ilk məşqçisi əməkdar məşqçivə 6-cı dan qarakəmər sahibi Rafael Məmmədov, hazır ki şəxsi məşqçisi isə əməkdar idman ustası, əməkdar məşqçi, ikiqat Dünyaçempionu, 8-ci dan qarakəmər sahibi, Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayevdir.

26 may 2022-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev Avropa çempionatında uğur qazanmış idmançı ilə görüşərək onu təbrik edib və gələcək yarışlarda uğurlar arzulayıb.

Qeyd  edək ki, Xəyal Məmmədov Azərbaycanın Karate üzrə milli komandasının üzvüdür.

Karateçimiz sentyabr ayında Dünya Şotokan Karate Federasiyasının təşkilatçılğı ilə Çexiya Respublikasında keçiriləcək Dünya çempionatında da iştirak edəcək.

 

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Aralık 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031