SON DƏQİQƏ

naxcivanxeberleri.com

Culfa rayon mərhələsinin qalibi bəlli olub-FOTO

Culfa rayon mərhələsinin qalibi bəlli olub-FOTO
26-05-2022, 23:29

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, Culfa Rayon Mədəniyyət Sarayında müsabiqənin rayon mərhələsi çərçivəsində tamaşalar izlənilib, qiymətləndirmə aparılaraq qalibin adına aydınlıq gətirilib. Münsiflər heyətinin qərarına əsasən "Əlincəqala” komandası birinci yerə layiq görülməklə muxtar respublika mərhələsində iştirak hüququ qazanıb. " Kırna” və “Gülüstan” komandaları ikinci, üçüncü sıraları bölüşüblər. 
Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Mədəniyyət nazirlikləri tərəfindən birgə təşkil olunan müsabiqə gənclərin asudə vaxtlarını səmərəli təşkil etmək, yaradıcılıq qabiliyyətlərini nümayiş etdirmələri üçün şərait yaratmaq və həvəskar aktyorlar arasından istedadlıları üzə çıxarmaq məqsədilə keçirilir. 
İki mərhələdən ibarət müsabiqənin şərtlərinə əsasən komandalar 14-29 yaşlı gənclərdən təşkil olunub. Tamaşa üçün maksimum 15 iştirakçı həddi müəyyənləşdirilib və onların arasında peşəkar aktyorların olmasına yol verilmir. Qiymətləndirmə təqdim edilən tamaşanın aktyor ifası, rejissor şərhi, musiqi tərtibatı və ifaçıların səhnə mədəniyyəti meyarları üzrə aparılır. İlk mərhələdə rayon və şəhərlər üzrə birinci yerə layiq görülən komandalar finala adlayacaqlar. Həlledici mərhələdə həmin heyətlər bir daha səhnə alacaq və seçimə əsasən mükafatçılar bəlli olacaq. İlk üçlükdə qərarlaşan komandalar təşkilatçılar tərəfindən mükafatlandırılacaqlar.
 

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Temmuz 2022    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031