SON DƏQİQƏ

naxcivanxeberleri.com

YAP-nin gənc partiya üzvləri arasında “Heydər Əliyev kuboku” uğrunda minifutbol turnirinə start verilib-FOTO

YAP-nin gənc partiya üzvləri arasında “Heydər Əliyev kuboku” uğrunda minifutbol turnirinə start verilib-FOTO
26-05-2022, 18:13

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, Ümummilli liderin anadan olmasının 99-cu ildönümünə həsr olunan yarış Uzunoba Təlim-Məşq İdman Kompleksinin üstüörtülü minifutbol meydançasında keçirilir. 18-35 yaşlı partiya üzvlərini əhatə edən turnirdə kollektivlər olimpiya sisteminə əsasən mübarizə aparırlar. 
Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunan yarış ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin yad edilməsi, gənc partiya üzvlərinin asudə vaxtının səmərəli təşkili və minifutbola olan marağın artırılması  məqsədilə keçirilir. 
8 komandanın qatıldığı yarışda sabah üçüncülük uğrunda Babək-Şərur, finalda isə Şahbuz-Culfa qarşılaşmaları keçiriləcək. İlk üçlükdəki komandalar mükafatlandırılacaqlar. 
 
 

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Temmuz 2022    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031