SON DƏQİQƏ

naxcivanxeberleri.com

UEFA “Avro 2020”nin finalına biletlərin qiyməti açıqlanıb

UEFA “Avro 2020”nin finalına biletlərin qiyməti açıqlanıb
20-05-2019, 14:10

UEFA futbol üzrə 2020-ci ildə keçiriləcək Avropa çempionatının final mərhələsinin oyunlarına biletlərin qiymətlərini açıqlayıb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə UEFA-nın saytına istinadən məlumatına görə, Bakı da daxil olmaqla 12 şəhərdə keçiriləcək çempionata ən ucuz biletlər paytaxtımızla yanaşı, Buxarest və Budapeştdə satışa çıxarılacaq. Kateqoriyalardan asılı olaraq, biletlərin qiymətləri 30, 75 və 125 avro təşkil edəcək.

UEFA birinci mərhələdə 1,5 milyon biletin satışa çıxarılacağını açıqlayıb. Bu mərhələdə bilet satışının iyunun 12-dən iyulun 12-dək davam edəcəyi bildirilir.

Turnirin yarımfinal mərhələsinə biletlərin qiyməti kateqoriyalardan asılı olaraq 195, 345 və 595 avro təşkil edəcək. Final oyununu izləmək istəyən azarkeşlər isə müvafiq olaraq 295, 595 və 945 avro ödəməlidirlər.

Bakı Olimpiya Stadionunda çempionatın qrup mərhələsinin üç, dörddəbir final mərhələsinin isə bir oyunu təşkil olunacaq. UEFA-nın elan etdiyi təqvimə əsasən, Bakıda “A” qrupunun üç oyunu iyunun 13-də, 17-də və 21-də keçiriləcək. Dörddəbir final mərhələsinin qarşılaşması isə iyulun 4-də oynanılacaq.

Gələn il iyunun 12-dən iyulun 12-dək keçiriləcək çempionatın qarşılaşmalarına Bakı, Amsterdam, Bilbao, Budapeşt, Buxarest, Qlazqo, Dublin, Kopenhagen, London, Münxen, Roma və Sankt-Peterburq şəhərləri ev sahibliyi edəcək.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930