SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda “31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik günü” münasibətilə məktəblər arasında voleybol birinciliyi keçirilib

Naxçıvanda “31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik günü” münasibətilə məktəblər  arasında voleybol birinciliyi keçirilib
20-12-2018, 14:34

9 dekabr 2018-ci il tarixdə V.Zeynalov adına 3 №-li tam orta məktəbin idman zalında “31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik günü” münasibətilə Naxçıvan şəhər tam orta məktəblərinin qız komandaları arasında voleybol birinciliyi keçirilib.

NAXCİVANXEBERLERİ.COM
xəbər verir ki, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov tədbiri açıq elan edərək qarşıdan gələn Həmrəylik günü münasibətilə komandaları təbrik etmiş və uğurlar diləyib. Daha sonra Naxçıvan Şəhər Təhsil Şöbəsinin nümayəndəsi Şahmar Hüseynov çıxış edərək tədbirin keçirilmə məqsədi və qaydaları haqqında idmançılara geniş məlumat vermiş və onlara uğurlar arzulayıb. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Naxçıvan Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 17 komanda iştirak edib . Beynəlxalq Voleybol Federasiyasının mövcud qaydalarına əsasən keçirilən birinciliyin yekun nəticəsinə gəlincə, 10 №-li tam orta məktəbin komandası I yerə, 3 №-li tam orta məktəbin komandası II yerə, 15 №-li və 2 №-li tam orta məktəblərin komandaları isə III yerlərə layiq görülüblər. Sonda yer tutan komandalar təşkilatçıların diplomları ilə mükafatlandırılıblar.

Seyfur Hacımuradov

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ocak 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031