SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Heydər Əliyev Kuboku” uğrunda voleybol turnirinə start verilib-FOTO

“Heydər Əliyev Kuboku” uğrunda voleybol turnirinə start verilib-FOTO
18-05-2022, 20:42

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, Ümummilli liderin anadan olmasının 99-cu ildönümünə həsr olunan yarış İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilir. Kişilərdən ibarət komandaları əhatə edən turnirdə kollektivlər iki yarımqrupda mübarizə aparır. Hər qrupdan iki komanda "play-off" mərhələsinə vəsiqə əldə edəcək. 
Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Voleybol Federasiyası tərəfindən birgə təşkil olunan yarış ümummili lider Heydər Əliyevin əziz xatirəsini yad etmək, muxtar respublikada voleybolun inkişafına töhfə vermək, bu idman növünə olan marağı artırmaq, kütləviliyə nail olmaq və idmançıların hazırlıq səviyyəsini yüksəltmək məqsədilə keçirilir.  
Turnirin mükafatlandırma mərasimi 20 may tarixinə planlaşdırılır. 
 

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Ağustos 2022    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031