SON DƏQİQƏ

00:06 - Günün qoroskopu

23:47 - Azərbaycan karateçisi ermənini məğlub edərək qızıl medal qazanıb

23:19 - Böyrəkləri təmizləyən ən təbii müalicə üsulları

22:47 - Şahbuz Rayon Uşaq Musiqi Məktəbində dəyirmi masa keçirilib

22:30 - “Əsrin müqaviləsi”nin 25-ci ildönümü münasibətilə konsert keçirilib

22:08 - 349 müəllimin qatılacağı stajkeçmə xidməti keçiriləcək

21:46 - ABŞ kosmosa silah yerləşdirir

21:24 - Cahan Holdinq Kommersiya şirkətləri ittifaqının Naxçıvan Avtomobil Zavodu yeni sorğu kompaniyayasına start verib

21:09 - Dövlət başçısı: "Bu gün Azərbaycanın neft-qaz sektoru öz yeni inkişaf dövrünü yaşayır"

20:59 - Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə iştirak edib - YENİLƏNİB-3

20:32 - Naxçıvanda ictimai nəqliyyatda fəaliyyət göstərən avtobus və mikroavtobuslar payız-qış mövsümünə hazırlıqla bağlı texniki müayinə edilir

20:32 - Naxçıvanda ictimai nəqliyyatda fəaliyyət göstərən avtobus və mikroavtobuslar payız-qış mövsümünə hazırlıqla bağlı texniki müayinə edilir

20:13 - Şahbuz Rayon İcra Hakimiyyəti tərəfindən bağlardan toplanan alma rayon ərazisindəki hərbi hissəyə təhvil verilib

19:51 - Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Sabir Məmədovun fərdi yaradıcılıq sərgisi açılıb - FOTO

19:39 - Maykl Pompeo Prezident İlham Əliyevi təbrik edib

naxcivanxeberleri.com

Bakıda bədii gimnastika üzrə Avropa çempionatının fərdi proqramı üzrə qaliblər mükafatlandırılıb

Bakıda bədii gimnastika üzrə Avropa çempionatının fərdi proqramı üzrə qaliblər mükafatlandırılıb
19-05-2019, 19:15

Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 35-ci Avropa çempionatının fərdi proqramı üzrə qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, halqa ilə hərəkətlərdə Dina Averina qızıl medal qazanıb (Rusiya, 23.300 xal) qazanıb. Ekaterina Qalkina (Belarus, 21.150 xal) gümüş, Nikol Zelikman (İsrail, 20.950 xal) bürünc medallara sahib olub.

Mükafatları Beynəlxalq Gimnastika Federasiyasının (FİG) Bədii Gimnastika üzrə Texniki Komitəsinin prezidenti Natalya Kuzmina, Avropa Gimnastika İttifaqının (UEG) Bədii Gimnastika üzrə Texniki Komitəsinin üzvü Dominik Myuller-Lot, İttifaqın Baş katibi Liza Vortman təqdim edib.

Topla hərəkətlərdə birinci yeri Arina Averina (22.850 xal) tutub. İkinci yerdə Aleksandr Soldatov (Rusiya, 22.050 xal), üçüncü yerdə isə Boryana Kaleyn (Bolqarıstan, 21,800 xal) qərarlaşıb.

Mükafatları UEG-in mətbuat katibi Tina Qerets, UEG-in Bədii Gimnastika üzrə Texniki Komitəsinin üzvü Elena Aliprandi, çoxsaylı bədii gimnastika üzrə dünya çempionu, 1996-cı ildə Atlantada keçirilmiş Olimpiya Oyunlarının mükafatçısı Yana Batışina təqdim edib.

Gürzələr ilə hərəkətlərdə qızıl medalı Arina Averina qazanıb (Rusiya, 23.200 xal), gümüş medala Dina Averina (Rusiya, 22.950 xal), bürüncə isə Vlada Nikolçenko (Ukrayna, 22.475 xal) sahib olub.

Mükafatları UEG meneceri Kler Tyorner, UEG-in Bədii Gimnastika üzrə Texniki Komitəsinin üzvü Evanqeliya Trikomiti, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev təqdim edib.

Lentlə hərəkətlərdə birinci yeri Dina Averina (Rusiya, 20.400 xal), ikinci yeri Aleksandra Soldatova (Rusiya, 20.300 xal), ücüncü yeri isə Boryana Kaleyn (19.750 xal) tutub.

Mükafatları UEG Bədii Gimnastika üzrə Texniki Komitəsinin rəhbəri Mariya Petrova, UEG-in Bədii Gimnastika Texniki Komitəsinin üzvü Elena Nefyodova, yarışların dierektoru Natalya Bulanova.

Həmçinin avstriyalı gimnast Nikol Ruprext "SmartScoring Shooting Star" nominasiyası üzrə mükafatlandırılıb. Mükafatı "SmartScoring" nümayəndəsi Kamran Ramazanov təqdim edib.

Qeyd edək ki, Bakıda 16-19 may tarixlərində keçirilmiş bədii gimnastika üzrə Avropa Çempionatında fərdi proqramda böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edib.

Çempionatda 35 ölkədən gimnastlar iştirak edib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30