SON DƏQİQƏ

naxcivanxeberleri.com

UEFA Avropa Liqasının kuboku Gəncəyə gətirilib

UEFA Avropa Liqasının kuboku Gəncəyə gətirilib
19-05-2019, 16:10

UEFA Avropa Liqasının kuboku Gəncə şəhərinə gətirilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Qərb Mərkəzinin məlumatına görə, bu münasibətlə şəhərin mərkəzi meydanında təntənəli tədbir təşkil edilib.

Burada sakinlər və tədbir iştirakçılarının xüsusi təchiz olunmuş şəkil zonalarında kubokla şəkil çəkdirə bilmələri üçün imkan yaradılıb. Eyni zamanda, gəncəlilər və şəhərin qonaqları əyləncəli konsert proqramını izləyib, həmçinin Bakıda keçiriləcək final oyununa bilet və müxtəlif hədiyyələr qazanmaq üçün keçirilən yarışlarda iştirak edə biləcəklər.

Tədbirə gələn azyaşlılar üçün isə face-art, animatorlar, futbol üzrə ustad dərsləri, oyunlar və digər əyləncələr də nəzərdə tutulub.

Sakinlərin həmçinin Avropa Liqasının final oyununun səfiri Vəli Qasımovla, "Qarabağ" klubu və Azərbaycan millisinin üzvü Qara Qarayevdən avtoqraf alma imkanları da olacaq.

Qeyd edək ki, UEFA Avropa Liqası kubokunun növbəti məkanı mayın 21-də Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndi olacaq.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Aralık 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031