00:00 - Günün qoroskopu-23.05.2022
23:04 - Köhnə "iPhone"-lar "WhatsApp"-ı dəstəkləməyəcək
22:31 - Estoniya parlamentinin sədri Azərbaycana səfərə gəlib-FOTO, YENİLƏNİB
22:24 - Təbəssümünü sədəqə ver...
21:56 - Seyfəli poliqonunda döyüş sursatlarının növbəti utilizasiyası həyata keçiriləcək
21:37 - Brüsseldə növbəti görüş Azərbaycanın Avropa İttifaqı üçün önəmli tərəfdaş olduğunu sübut edir-FOTO
21:21 - Estoniya parlamentinin sədri Azərbaycana səfərə gəlib
20:45 - Nikol Paşinyanın Şarl Mişellə təkbətək görüşü başlayıb-YENİLƏNİB
20:44 - Çavuşoğlu NATO baş katibi ilə danışıb
20:37 - Azərbaycanın təqdim etdiyi 5 prinsip sülh müqaviləsinin hazırlanmasında əsas rol oynayır
Şəhriyar Məmmədyarov bu gün Aronyanla üz-üzə gələcək
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu gün Rumıniyanın paytaxtı Buxarestdə "Grand Chess Tour" seriyasının birinci mərhələsi olan "Superbet Chess Classic" turnirində sonuncu görüşünü keçirəcək.
NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, 37 yaşlı qrossmeyster dairəvi sistemlə təşkil olunan yarışın IX turunda ABŞ-ı təmsil edən Levon Aronyanla üz-üzə gələcək. O, qara fiqurlarla oynayacaq.
Məmmədyarov I, V və VIII turlarda müvafiq olaraq ABŞ təmsilçiləri Uesli So, Fabiano Karuana və Lenyer Domingesə uduzub.
Təcrübəli şahmatçı II, III, IV və VI turlarda müvafiq olaraq Rixard Rapport (Macarıstan), Maksim Vaşye-Laqrav (Fransa), Boqdan Danyel-Dayak (Rumıniya) və Alireza Firuzca (Fransa) ilə heç-heçə edib, VII turda isə FIDE bayrağı altında çıxış edən rusiyalı Yan Nepomnyaşiyə qalib gəlib.
Məmmədyarov hazırda 3 xalla Rapportla birlikdə 9-10-cu pillələri bölüşdürür. 5 xala malik Aronyan və So ilk pillələrdə yer alıb. So sonuncu qarşılaşmasında həmyerlisi Domingeslə oynayacaq.
Mayın 14-dək davam edəcək yarışın ümumi mükafat fondu 350 000 ABŞ dollarıdır.
Qeyd edək ki, ötən il baş tutmuş "Superbet Chess Classic" turnirinin qalibi Şəhriyar Məmmədyarov olub.