SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bocciaçıların "Heydər Əliyev Kuboku" uğrunda muxtar respublika turniri keçirilib

Bocciaçıların "Heydər Əliyev Kuboku" uğrunda muxtar respublika turniri keçirilib
13-05-2022, 20:30

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan sağlamlıq imkanları məhdud uşaqlar və məhdud fiziki imkanları şəxslər arasında “Heydər Əliyev Kuboku” uğrunda boccia idman növü üzrə Naxçıvan Muxtar Respublika turniri keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, turnirin açılış mərasimində çıxış edən gənclər və idman naziri Ramil Hacı iştirakçıları salamlayaraq bildirib ki, müasir idman tariximizin, uğur və nailiyyətlərimizin əsası ümummilli lider Heydər Əliyevin ölkəyə rəhbərlik etməyə başladığı dövrə təsadüf edir. Məhz, dahi şəxsiyyətin hakimiyyəti illərində idmançılarımızın beynəlxalq miqyasli idman yarışlarına hazırlığı və iştirakı təmin edilib. Muxtar respublikada idmanın inkişafı sahəsində mühüm işlər görüldüyünü, gənclərin fiziki və mənəvi hazırlığı, onların asudə vaxtlarının səmərəli təşkilinin diqqət mərkəzində saxlanıldığını deyən nazir əlavə edib ki, burada müasir idman obyektləri, o cümlədən olimpiya idman kompleksləri, idmanın müxtəlif növləri üzrə federasiyaların yaradılması gənclərin idmana olan marağını artırır, istedadlı idmançıların yetişməsi təmin olunur. 
Naxçıvan Paralimpiya Federasiyasının sədri Nicat Babayev çıxışında vurğulayıb ki, fiziki imkanları məhdud şəxslərin sağlamlıqlarının bərpası, onların cəmiyyətə inteqrasiyası baxımından idman mühüm əhəmiyyət daşıyır. Bu baxımdan müvafiq kateqoriyadan olan şəxslər arasında idmanın reabilitasiyanın bir növü kimi təbliği, onların  aktiv şəkildə paralimpiya bölmələrinə cəlb edilməsinə daim diqqət yetirilir. Görülən işlər nəticəsində muxtar respublikanın idman infrastrukturu daha da təkmilləşdirilib, minlərlə yeniyetmə və gəncin sağlam ruhda tərbiyə olunmasına əlverişli şərait yaradılıb. Qeyd olunub ki, 2006-cı ildə yaradılan federasiyanın hazırda 16 bölməsi fəaliyyət göstərir. Bu bölmələrin imkanlarından isə təqribən 300-ə yaxın paralimpiyaçı istifadə edir. Federasiyanın fəaliyyət dairəsi daha da genişləndirilir, yeni sağlamlıq imkanları məhdud uşaqların müvafiq idman qruplarına cəlbi davam etdirilir. 
Tədbirdə çıxış edən Azərbaycan Boccia İdman Federasiyasının baş katibi, boccia üzrə milli komandanın baş məşqçisi İlham Məhərrəmov muxtar respublikaya növbəti səfərindən məmnunluğunu bildirib. O, qeyd edib ki, burada paralimpiya idman növlərinə, o cümlədən boccia idman növünə maraq günü-gündən artmaqdadır. Sevindiricidir ki, milli komandamızın heyətinə dəvət olunanlar arasında Naxçıvan paralimpiyaçıları da var və onlar beynəlxalq arenada ölkəmizi təmsil etmək imkanı əldə edirlər. 
Çıxış edənlər idmanın inkişafı üçün yaradılan şəraitə görə Ali Məclisin Sədrinə minnətdarlıqlarını ifadə ediblər. 
Çıxışlardan sonra ən aşağı yaş qrupu üzrə final görüşü keçirilib. Ardınca sağlamlıq imkanları məhdud ifaçılardan ibarət “İnam” Musiqi qrupunun, həmçinin Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs qrupu üzvlərinin çıxışları alqışlarla qarşılanıb. 
Müasir Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunmuş Vətən müharibəsinin iştirakçılarının da dəvət olunduğu turnirin yekun nəticəsinə əsasən, 9-13 yaş qrupunda Mikayıl İsmayıllı, 13-17 yaş qrupunda Cəlal Mürsəlli, məhdud fiziki imkanlı şəxslər arasında isə İlqar Yunisov qalib adını qazanıb. 
Sonda ilk üçlükdəki paralimpiyaçılar mükafatlandırılıblar. Eyni zamanda, Azərbaycan Boccia İdman Federasiyasının baş katibi İlham Məhərrəmov Naxçıvan Paralimpiya Federasiyasının fəaliyyətinə göstərdiyi dəstəyə görə təltif olunub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    May 2022    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031