SON DƏQİQƏ

naxcivanxeberleri.com

"Heydər Əliyev Kuboku” uğrunda boks turniri başa çatıb

"Heydər Əliyev Kuboku” uğrunda boks turniri başa çatıb
13-05-2022, 19:14

Naxçıvan şəhərində yerləşən İlham Əliyev adına Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan muxtar respublika turniri başa çatıb. Dövlət Himninin səsləndirilməsi ilə başlayan açılış mərasimi Naxçıvan Dövlət Filarmoniyasının incəsənət xadimləri və rəqs qrupunun çıxışları ilə yekunlaşıb. Sonra final qarşılaşmaları reallaşıb. 
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, nəticələrə əsasən Rəhim Süleymanov, Fikrət Abbaszadə, Sənan Muxtərov, Ucar Musayev, Uğur Əliyev, Məhəmməd Əliyev, Məhəmmədəli Qasımov, Murad Babazadə, Elgün Rzalı, Sərvan Abdullazadə, Nadir Cəfərov, Nofər Əlizadə, Elbrus Kərimli, Türkeş Mustafayev, Kənan Allahverdiyev və Sərvər Abdullayev öz çəki dərəcələri üzrə birinci olublar. 
İlk üçlükdə qərarlaşan idmançılara diplom və hədiyyələr təqdim edilib. Mükafatları Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı və Naxçıvan Boks Federasiyasının sədri Məhərrəm Talıbov təqdim edib. 
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Boks Federasiyası tərəfindən birgə təşkil olunan yarışın məqsədi ümummili lider Heydər Əliyevin əziz xatirəsini yad etmək, idmançıların hazırlıq səviyyəsini yüksəltmək, kütləviliyə nail olmaq və perspektivliləri yığma komandaya cəlb etməkdən ibarət olub. Yeniyetmə və gənc idmançıları əhatə edən turnir 3 gün davam edib. Mükafatçılar olimpiya sistemi əsasında müəyyənləşdirilib. 16 çəki dərəcəsi üzrə 90-a yaxın boksçu 7 komandada medallar uğrunda mübarizə aparıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    May 2022    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031