SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan komandası Bakıdakı Avropa çempionatında finala yüksəlib

Azərbaycan komandası Bakıdakı Avropa çempionatında finala yüksəlib
16-05-2019, 19:53

Bədii gimnastika üzrə gənclərdən ibarət Azərbaycan millisi Bakıda keçirilən Avropa çempionatında finala vəsiqə qazanıb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, Milana Əkbərova, Ləman Əlimuradova, Mədinə Əsədova, Selcan Hacızadə, Fəridə Səfiyarzadədən ibarət kollektiv halqalar ilə kompozisiyada 21.650 xal toplayaraq beşinci yeri tutub. Bu isə yığmanın finala çıxması üçün yetərli olub.

Qeyd edək ki, Avropa çempionatında 35 ölkənin idmançıları mübarizə aparır. Yarışda böyüklər fərdi hərəkətlərdə, yeniyetmələr isə qrup hərəkətlərdə çıxış edir. Azərbaycanı fərdi proqramda Zöhrə Ağamirova ilə Veronika Hudis təmsil edəcək. Avropa çempionatına mayın 19-da yekun vurulacaq.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    May 2019    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031