SON DƏQİQƏ

naxcivanxeberleri.com

Babək və Culfa rayon komandaları arasında basketbol üzrə yoldaşlıq görüşü keçirilib

Babək və Culfa rayon komandaları arasında basketbol üzrə yoldaşlıq görüşü keçirilib
16-05-2019, 19:19

16 may 2019-cu il tarixdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü və Naxçıvan Muxtar Respublikasının yaranmasının 95-ci ildönümünə həsr olunmuş Babək və Culfa rayon komandaları arasında basketbol üzrə yoldaşlıq görüşü keçirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, yarış başlamadan öncə Babək Rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Əliyev və Culfa Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Elçin Cəfərov çıxış edərək idmanın təbliği, kütləviliyi və basketbol idman növünün rayonlarda inkişafı istiqamətində görülən işlər barədə tədbir iştirakçılarını məlumatlandırıblar. Daha sonra yarışa start verilib. Nehrəm kənd 1 saylı tam orta məktəbin idman zalında keçirilən görüşdə “Babək” komandası 53-49 hesabı ilə qalib olub. Sonda hər iki komanda müvafiq olaraq diplom və fəxri fərmanlar ilə təltif edilib. Qeyd edək ki, yoldaşlıq görüşü Babək Rayon Gənclər və İdman İdarəsi, Culfa Rayon Gənclər və İdman İdarəsi, Babək Rayon Təhsil Şöbəsi və Culfa Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə keçirilib.


Babək və Culfa rayon komandaları arasında basketbol üzrə yoldaşlıq görüşü keçirilib
Babək və Culfa rayon komandaları arasında basketbol üzrə yoldaşlıq görüşü keçirilib
Babək və Culfa rayon komandaları arasında basketbol üzrə yoldaşlıq görüşü keçirilib
Babək və Culfa rayon komandaları arasında basketbol üzrə yoldaşlıq görüşü keçirilib

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    May 2019    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031