SON DƏQİQƏ

naxcivanxeberleri.com

Avroliqanın finalında VAR sistemindən istifadə olunacaq

Avroliqanın finalında VAR sistemindən istifadə olunacaq
16-05-2019, 18:57

UEFA-nın rəsmi saytında verilən məlumata görə, Avropa Liqasının finalında İngiltərənin "Arsenal” və "Çelsi” komandaları arasında matçda VAR (arbitrlərə videokömək) sistemindən istifadə ediləcək.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu matç turnir tarixində hakimlərin videotəkrarlardan istifadə edə biləcəyi ilk oyun olacaq.

Xatırladaq ki, "Arsenal”-"Çelsi” finalı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Matçın baş arbitri italiyalı Canluka Rokki olacaq. Ona Filippo Meli və Lorenso Manqanelli kömək edəcək. Dördüncü arbitr kimi Daniele Orsato təyin edilib.

Bundan əvvəl VAR sistemindən Çempionlar Liqasının pley-off matçlarında istifadə edilib.

Əlavə məlumat kimi qeyd edək ki, Avroliqanın qalibi Çempionlar Liqasına birbaşa vəsiqə alacaq.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    May 2019    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031