SON DƏQİQƏ

naxcivanxeberleri.com

"Formula 1" üzrə dünya çempionatı Afrikada keçirilə bilər

16-05-2019, 18:25

"Formula 1" üzrə dünya çempionatının mərhələlərindən biri Afrikada keçirilə bilər.

NAXCİVANXEBERLERİ.COM "Reuters"ə istinadən xəbər verir ki, bu barədə yarışın kommersiya direktoru Şon Bratçes məlumat verib.

O, Mərakeş və Yohannesburq (CAR) təmsilçiləri ilə danışıqlar haqqında danışıb. Əvvəllər yarışların keçirilməsinə Nigeriya və Ruanda tərəfindən də maraq göstərilib.

"Afrika bizim daxil olmaq istədiyimiz bazardır. Beş qitədə yarışı təşkil edirik. Afrika isə olmadığımız son qitədir. CAR və Mərakeşdə çox vacib danışıqlar aparırıq", - deyə kommersiya direktoru bildirib.

Qeyd edək ki, "Formula 1" 1958-ci ildə Mərakeşin Kasablanka şəhərində, CAR-da isə 1967-ci ildən 1999-cü ilə qədər keçirilib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    May 2019    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031