SON DƏQİQƏ

naxcivanxeberleri.com

"Çelsi"nin yarımmüdafiəçi Bakıdakı final qarşılaşmasını buraxa bilər

16-05-2019, 17:00

İngiltərənin "Çelsi" komandasının futbolçusu Ruben Loftus-Çik Bakıda keçiriləcək Avropa Liqasının finalını buraxa bilər.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, ABŞ-ın "New England Revolution" komandası ilə yoldaşlıq matçının 46-cı dəqiqəsində meydana daxil olan ingiltərəli futbolçu 20 dəqiqə sonra zədələnib. Sol ayaq biləyindən xəsarət alan yarımmüdafiəçi oyunu davam etdirə bilməyib. 23 yaşlı futbolçu stadionu çəliklə tərk edib. Onun Avropa Liqasının finalında iştirakı sual altındadır.

Görüş London klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, “Çelsi” mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq finalda Londonun digər təmsilçisi “Arsenal” ilə qarşılaşacaq. Ruben Loftus-Çik cari mövsüm İngiltərə Premyer Liqasında 24 oyunda meydanda olub və 6 qol vurub.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    May 2019    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031