21:14 - Xilasetmə əməliyyatlarına kömək etmək üçün “Firefly” robotları hazırlanıb
20:35 - Türkiyə ilk dəfə olaraq "Akıncı" lazerlə idarə olunan raketi sınaqdan keçirib
19:50 - Ukrayna sərhədçiləri Rusiya hərbçilərinin şəxsi məlumatlarını daşıyan disk aşkarlayıb
18:32 - Qədim mətbəx ənənəsi-əriştə kəsmə
17:43 - Qardaş ölkə hərbçiləri ilə birgə təlimlər keçirilib-FOTO
17:22 - Bankomat kartı geri qaytarmırsa, nə etməli?
17:01 - “Təmiz Şəhər”in səlahiyyətləri artırılıb-FƏRMAN
16:47 - AZAL-ın İstanbul-Bakı reysi gecikir
16:20 - Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib
15:49 - Kəngərli rayonu güclü aqrar regiona çevrilib
15:10 - "Əziz Şuşa" adlı beynəlxalq velosiped yarışı keçiriləcək
14:47 - Dərman preparatlarını gizlədərək keçirmək istədi-VİDEO
14:16 - DİM sədri buraxılış və qəbul imtahanlarında 700 bal toplanılmaması məsələsinə münasibət bildirib
"Real Madrid" klublararası dünya çempionatının finalına yüksəlib
Dekabrın 19-da Birləşmiş Ərəb Əmirliklərində keçirilən klublararası dünya çempionatın ikinci yarımfinal oyunu keçirilib.
UEFA Çempionlar Liqasının son qalibi “Real Madrid” klubu Asiya çempionu Yaponiya təmsilçisi “Kasima Antlers” komandası ilə qarşılaşıb. Görüş "kral" klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb. Madrid təmsilçisinin heyətində hər üç qolu Qaret Beyl vurub. “Kasima Antlers” heyətində isə yeganə qolu Şoma Doi vurub.
“Real Madrid” çempionatda mübarizəyə yarımfinaldan qoşulub. Asiya çempionu isə dörddəbir finalda Meksikanın “Qvadalaxara” klubunu məğlub edib - 3:2
Qeyd edək ki, digər yarımfinal oyununda Argentinanın “River Pleyt” və Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Əin” komandası arasında oynanılıb. Həmin görüşdə ərəblər üstün olub (2:2, pen. 4:5).
Qeyd edək ki, turnirin final və üçüncü yeri uğrunda oyunları dekabrın 22-də təşkil olunacaq.