SON DƏQİQƏ

naxcivanxeberleri.com

Basketbol üzrə keçirilən Naxçıvan Muxtar Respublikası turnirinə yekun vurulub

Basketbol üzrə keçirilən Naxçıvan Muxtar Respublikası turnirinə yekun vurulub
15-05-2019, 15:38

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Heydər Əliyev kuboku” uğrunda 2002-2003-cü il təvəllüdlü yeniyetmə oğlanlar arasında basketbol üzrə keçirilən Naxçıvan Muxtar Respublikası turnirinə yekun vurulub.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirliklər ilə Basketbol Federasiyasının birgə təşkil etdiyi turnirdə 4 komanda dairəvi sistem üzrə mübarizə aparıb. Ümumi nəticədə daha çox xal toplayan “Naxçıvan” komandası turnirin qalibi olub. “Babək” və “Ordubad” komandaları ikinci və üçüncü yerlərlə kifayətləniblər.
Sonda qaliblər diplom, fəxri fərman və hədiyyələrlə təltif olunublar. Turnirin qalibi “Naxçıvan” komandası isə “Heydər Əliyev kuboku”na layiq görülüb.



Basketbol üzrə keçirilən Naxçıvan Muxtar Respublikası turnirinə yekun vurulub
Basketbol üzrə keçirilən Naxçıvan Muxtar Respublikası turnirinə yekun vurulub
Basketbol üzrə keçirilən Naxçıvan Muxtar Respublikası turnirinə yekun vurulub
Basketbol üzrə keçirilən Naxçıvan Muxtar Respublikası turnirinə yekun vurulub
Basketbol üzrə keçirilən Naxçıvan Muxtar Respublikası turnirinə yekun vurulub

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    May 2019    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031