SON DƏQİQƏ

naxcivanxeberleri.com

"Çelsi"nin kapitanı: "Bakıda keçiriləcək mövsümün ən vacib oyununadək formada qalmaq istəyirik"

15-05-2019, 17:00

"ABŞ-a gəldiyimizə və ilk dəfə Bostonda olduğumuza görə məmnunuq. Bu oyun antisemitizm və hər cür ayrı-seçkiliklə mübarizədə böyük hadisədir".

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu İngiltərə "Çelsi" klubunun kapitanı Sesar Aspilikueta ABŞ-ın "New England Revolution" komandası ilə keçirəcəkləri yoldaşlıq matçı ərəfəsində "Independent"ə açıqlamasında deyib.

30 yaşlı müdafiəçi son oyunlarda Çempionlar Liqasına vəsiqə üçün mübarizə apardıqlarını bildirib. İspaniya millisinin də şərəfini qoruyan oyunçu Bakıda keçiriləcək UEFA Avropa Liqasının final matçı barədə də danışıb: "Bakıda keçiriləcək mövsümün ən vacib oyununa yaxınlaşırıq. Finala kimi formada qalmaq istəyirik. İki həftə ərzində kollektivdəki yaxşı ab-havanı saxlamaq niyyətindəyik".

Qeyd edək ki, “Çelsi” mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq finalda Londonun digər təmsilçisi “Arsenal” ilə qarşılaşacaq.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    May 2019    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031