SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Heydər Əliyev kuboku” uğrunda kross qaçışı üzrə muxtar respublika turniri keçirilib

“Heydər Əliyev kuboku” uğrunda kross qaçışı üzrə muxtar respublika turniri keçirilib
13-05-2019, 18:05

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Heydər Əliyev kuboku” uğrunda kross qaçışı üzrə ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında muxtar respublika turniri keçirilib.


Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Yüngül Atletika Federasiyasının birgə təşkil etdiyi turnirdə 300-dən çox idmançı mübarizə aparıb. İdmançılar Duzdağ Fizioterapiya Mərkəzinin 5 kilometrlik məsafəsində finiş xəttini keçməyə çalışıblar.Turnirin açılış mərasimində çıxış edən Yüngül Atletika Federasiyasının sədri Rövşən Məmmədov bildirib ki, bu gün muxtar respublikada idmanın bütün növlərinə qayğı ilə yanaşılır. Məhz bunun nəticəsidir ki, idmançılarımız keçirilən beynəlxalq və ölkədaxili yarışlarda Naxçıvanı layiqincə təmsil edir, uğurlar qazanırlar. Yarışda iştirak edən idmançılara uğurlar arzulayıb.
Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Azad Cabbarov isə çıxışında vurğulayıb ki, hər il olduğu kimi cari ilin may ayında da Naxçıvan bir çox beynəlxalq turnirə ev sahibliyi edir. Ulu öndərin xatirəsinə həsr olunan turnirlərdə dünyanın tanınmış idmançıları mübarizə aparırlar. Muxtar respublika turnirin yekun nəticəsinə gəlincə, qızların mübarizəsində qlaib adını Aysu Abbasova (Rabitəçi) qazanıb. Digər iki pillədə isə Xatun Oruclu (Rabitəçi) və Nazlıcan Çakır (Naxçıvan Dövlət Universiteti) qərarlaşıblar.Oğlanların mübarizəsində Əmrah Nağıyev (Rabitəçi) finiş xəttinə hamıdan öndə çatıb. Qəşəm Səfərov və Səfər Tağıyev (hər ikisi “Rabitəçi”) isə ikinci və üçüncü olublar.Sonda qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıblar.



“Heydər Əliyev kuboku” uğrunda kross qaçışı üzrə muxtar respublika turniri keçirilib
“Heydər Əliyev kuboku” uğrunda kross qaçışı üzrə muxtar respublika turniri keçirilib
“Heydər Əliyev kuboku” uğrunda kross qaçışı üzrə muxtar respublika turniri keçirilib
“Heydər Əliyev kuboku” uğrunda kross qaçışı üzrə muxtar respublika turniri keçirilib
“Heydər Əliyev kuboku” uğrunda kross qaçışı üzrə muxtar respublika turniri keçirilib
“Heydər Əliyev kuboku” uğrunda kross qaçışı üzrə muxtar respublika turniri keçirilib

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2021    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031