SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bakıdakı Avropa Liqasının final matçının hakimləri açıqlanıb

Bakıdakı Avropa Liqasının final matçının hakimləri açıqlanıb
13-05-2019, 16:51

Bakıda keçiriləcək UEFA Avropa Liqasının final qarşılaşmasının hakimləri açıqlanıb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, İngiltərənin "Arsenal" və "Çelsi" komandalarının oyunu italiyalı hakimlər briqadasına həvalə olunub.

FIFA referisi Canluka Rokkiyə yan xətt hakimləri qismində Filippo Meli və Lorenzo Manqanelli köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Daniele Orsato yerinə yetirəcək.

Həlledici görüşdə əsas video-köməkçi Hakim (VAR) italiyalı Massimiliano İrrati olacaq. Ona bu işdə həmyerlisi Marko Quida və Polşadan olan Şimon Marçinyak yardımçı olacaq. VAR-da oyundan kənar vəziyyətə isə polşalı Pavel Sokolniçki baxacaq.

45 yaşlı Rokki 2008-ci ildən FIFA referisidir. O, cari mövsümdə Çempionlar Liqasında 6 oyun idarə edib.

Rokki ilk dəfə Avropa Liqasının finalında əsas hakim olacaq. İtaliyalı daha öncə 2010-cu ildə İniglərənin "Fulhem" və İspaniyanın "Atletiko", 2017-ci ildə isə Hollandiya "Ayaks"ı və İngiltərənin "Mançester Yunayted" kollektivlərinin qarşılaşmasında 4-cü hakim funksiyalarını yerinə yetirib. 2017-ci ildə isə o, "Real Madrid" (İspaniya) və "Mançester Yunayted" komandaları arasında UEFA Super Kuboku matçında baş hakim olub.

Qeyd edək ki, Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq. Qarşılaşma saat 23:00-da başlayacaq.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30